Tovuzda Ramazan bayramı münasibəti ilə aztəminatlı ailələrə yardım göstərildi
24 may 2020 | 16:00
Dünya müsəlmanların mənəvi birlik, həmrəylik və qardaşlıq bayramı olan müqəddəs Ramazan bayramı münasibəti ilə Tovuz rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan 200 aztəminatlı ailəyə ərzaq yardımı göstərilmişdir.
Bu əziz gündə yad olunan sakinlər ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi dövründə onların sosial ehtiyaclarının ödənilməsinə kömək göstərildiyinə görə razılıqlarını dilə gətirmiş, ulu Tanrıdan dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmiş, Ramazan bayarmı münasibəti ilə xoş arzularını bildirmişlər.