Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət-vətəndaş həmrəyliyinə töhfə: sahibkara maliyyə dəstəyi göstərildi

22 may 2020 | 16:00

Ölkəmizdə özəl sektora yaradılan hərtərəfli şərait nəticəsində mən sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Qanunları pozmadan indiyə qədər normal fəaliyyət göstərib, vergiləri vaxtında ödəməklə öz biznesimi daha da genişləndirirdim. Koronavirusla (COVID-19) əlaqədar işlər dayananda biz qayğılanırdıq ki, görəsən bu işlərin axırı necə olacaq, biznesimizə dəyən ziyan qarşılanacaqmı?

Şükür Allaha ki, tezliklə intizardan qurtardıq. Cənab Prezidentin göstərişi ilə və onun tapşırığı əsasında qəbul olunmuş sosial yardım paketi çərçivəsində mənim kimi sahibkarlar müflis olmaq təhlükəsindən qurtuldu. Pandemiya dövründə biz sahibkarlara maliyyə dəstəyi göstərilidi, vergi güzəştləri tətbiq olundu. Bütün bunun nəticəsində isə biz öz biznesimizi qoruyub saxlaya bildik və eyni zamanda çalışdırdığım işçilərin iş yerini qoruyub saxlaya bildim, onlar öz əməkhaqlarını vaxtı-vaxtında alıb normal yaşayışlarını təmin etdilər. 

Bütün bunlar göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində ölkəmiz hər cür çətinlikləri aradan qaldırmağa qadirdir. Eyni zamanda dövlət siyasəti vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilmişdir. Xalq naminə yürüdülən belə uğurlu siyasətdə və məqsədyönlü bu fəaliyyətdə ölkə rəhbərimizə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Etibar Bəxtiyarov, sahibkar, Qovlar şəhər sakini.

Keçidlər