Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş idman yarışları başa çatmışdır

08 may 2014 | 15:00


Tovuz rayonunda 7 may 2014-cü il tarixdə Tovuz rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş şahmat, voleybol və futbol yarışları başa çatmış və yarışların qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Voleybol üzrə yarışmada Əlimərdanlı kənd tam orta məktəbinin komandası birinci, İbrahimhacılı kənd tam orta məktəbin komandası ikinci, N.Tusi adına texniki təmayüllü liseyin komandası isə üçüncü yerləri tutmuşlar. Futbol üzrə yarışın qalibləri  Qovlar şəhər, Aşağı Öysüzlü və Əyyublu kənd tam orta məktəblərinin komandaları olmuşlar. Qaliblər rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Keçidlər