Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda imkansız ailələrə yardım olundu

21 may 2020 | 16:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində son dövrlər dövlət-vətəndaş həmrəyliyi yüksək səviyyədə təmin olunmuş, insanların rifahının yaxşılaşdırılması, koronavirus (COVID-19) infeksiyası dövründə ölkənin ən az itkilərə məruz qalması və əhalinin sağlamlığının qorunması üçün ardıcıl və kompleks tədbirlər həyata keçirilir.

Hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və çağırışları ilə ölkədə geniş xeyriyyəçilik aksiyalarının keçirilməsi, humanizim prinsiplərinin bərqərar olunması nəticəsində bu həssas dövrdə imkansız ailələrə əl tutmaq, yardım etmək bir hərəkata çevrilmişdir. Respublikadakı xeyriyyəçilik aksiyalarının davamı kimi Tovuzda da pandemiya dövründə həssas təbəqədən olan və əlavə sosial müdafiəyə ehtiyacı olan əhali qrupuna yardımlar göstərilmişdir.

Bu gün də Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində 100 nəfərə növbəti dəfə ərzaq yardımı edilmişdir.

Evlərində yardım alan sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildirmişlər.

Keçidlər