Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda baramaçılıq inkişaf etdirilir

20 may 2020 | 16:00

"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Ölkə Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr Tovuzda da uğurla yerinə yetirilir.

Tovuzda baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmişdir. ildən-ilə rayonda barama istehsalı artırılır. Bu il daha çox yaş barama yetişdirmək nəzərdə tutulmuşdur. Bu məqsədlə ipəkqurdu bəsləyərək qısa müddətdə yüksək gəlir əldə etməyi planlaşdıran Tovuzlu kümçülər cari ildə 350 qutu ipəkqurdu toxumu götürüblər.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun  Aşağı Öysüzlü, Dondar Quşçu və Cəlilli kəndlərində olaraq kümxanalarda barama yetişdirilməsinin mövcud vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərinə məlumat verilib ki, ipəkqurdu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb, otaqlar istiliklə təmin edilib. Yem bazası da kifayət qədərdir.

Kümçülər razılıqla bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasına qarşı rayonda lazımi mübarizə və profilaktika tədbirləri həyata keçirilir, eyni zamanda aqrar sektorun digər sahələrində olduğu kimi baramaçıların da normal işləyib fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmışdır. Onlar xalqa göstərilən qayğıya və respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.

 

Keçidlər