Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda könüllülərin sırası genişlənməkdə davam edir

19 may 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda könüllülük hərəkatı geniş vüsət almışdır. Tovuz rayonunda da bu hərəkata qoşulanların və dövlət idarələrində könüllü kimi çalışaraq təcrübə toplayaraq bilik və bacarıqlarını artırandan sonra Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda uğurlu nəticə qazandıqdan sonra müsabiqə yolu ilə dövlət qulluğunda çalışanların sayı get-gedə artmaqdadır.

Öz bilik və bacarığına görə məsul işlərdə çalışan sabiq könüllülərin uğuru könüllülər hərəkatına gənclərin inamını artırmış, həmin nəcib təşəbbüs ətrafında böyük müsbət ictimai rəy formalaşdırmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin mart ayının 4-də Tovuz rayonuna da səfəri zamanı Tovuz “ASAN Həyat” komleksinin rəsmi açılşını etməsi, oradakı proqram xarakterli nitqi gənclərə yeni ruh vermişdir. Azərbaycanda cənab Prezident İlham Əliyevin siyasi iradəsi ilə yaradılaraq dünya brendinə çevrilmiş “ASAN” xidmətinin daha təkmilləşdirilmiş forması olan Tovuz “ASAN Həyat” kompleksi təkcə rayon üçün deyil, bütövlükdə Qərb bölgəsi üçün könüllülərin bir təlim-tədris və tərbiyə ocağına çevrilmişdir.

Rayon gəncləri arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məqsədilə RİH başçısının 11 fevral 2019-cu il tarixli  Sərəncamı qəbul edilmiş və  müvafiq tədbirlər planı təsdiq olunmuşdur. İl ərzində tədbirlər planına uyğun olaraq  dövlət qulluğunda çalışmaq istəyən gənclərlə mütəmadi  görüşlər keçirilmiş, könüllülər müəyyənləşdirilərək onlarla müsahibələr təşkil olunmuş, gənclərin yerli icra orqanlarında könüllü kimi təcrübə keçməsinə lazımi şərait yaradılmışdır.

2019-cu il ərzində rayon icra hakimiyyətində 12 nəfər könüllü təcrübə keçmiş, onlardan 3 nəfəri hazırda Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzində, 1 nəfər RİH başçısı aparatında, 1 nəfər İƏD üzrə nümayəndəlikdə məsul işə qəbul olunmuşdur. Könüllü kimi çalışanların hamısına uğurlu fəaliyyət göstərdiklərinə görə sertifikatlar verilmişdir.

Tovuz rayonunda həssas təbəqəyə aid əlavə sosial müdafiəyə ehtiyacı olan əhali qrupu və rayon sakinləri yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi və “Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və xeyriyyəçilərin rayonda həyata keçirdikləri aksiyaları məmnunluqla xatırlayırlar. Tovuzda həyata keçirilən xeyriyyəçilik aksiyaları Tovuz rayon İcra Hakimiyyəti tərəfindən koordinasiya olunaraq həmin tədbirlərin rayonda müvəffəqiyyətlə baş tutması üçün lazımi təşkilati köməkdarlıq göstərilmişdir. Nəticədə rayonda yaradılmış 56 mobil qrupda birləşən 43 nəfər könüllünün də qatıldığı Tovuzlular respublikanın həmin qeyd edilən könüllü birlikləri ilə birgə fəaliyət göstərmişdir.

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) keçirdiyi aksiyalar çərçivəsində Tovuzlu könüllülər də tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq  qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirmişlər.

“Böyüklərimizi qoruyaq!” devizi altında Tovuz rayonunda könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin,  şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişlər.

Könüllülər əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak etmişlər.

Keçidlər