Tovuzda aztəminatlı ailələrə ərzaq yardımları verilməsi davam etdirilir
Cənab Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışlarına qoşularaq rayon icra hakimiyyətinin başladığı #BirlikdəOlaq-QalibGələk xeyriyyəçilik kampaniyası bu günlərdə də davam etdirilir.
Tovuz rayon İcra Hakimiyyəti növbəti dəfə rayon ərazisində əlavə sosial müdafiəyə ehtiyacı olan, həssas təbəqə qrupuna aid 300 ailəyə ərzaq yardımı paylamışdır. Ərzaq bağlamalarını yerlərə çatdıran rayon icra hakimiyyətinin məsul işçiləri sakinlərlə cənab Prezidentin yürütdüyü siyasət, əhalinin rifahının yaxşılaşmasına xidmət edən sosial yardım paketi və ölkədə qanunçuluğa əməl edilməsi istiqamətində görülən konkret işlər ətrafında söhbətlər aparmışlar. Eyni zamanda əhalinin koronavirusdan qorunması, sağlamlıqlarının müdafiəsi, koronavirus infeksiyasının profilaktikasına dair maarifləndirici məlumatlar verilmişdir.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildirmişlər.