Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son tapşırıq və göstərişlərinin icrası ilə bağlı Tovuzda növbəti videomüşavirə keçirilmişdir

14 may 2020 | 16:00

Tovuz RİH başçısı Məmməd Məmmədovun rəhbərliyi ilə RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri ilə videomüşavirə keçirilmişdir.

Videomüşavirədə rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərində ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı tapşırıqları haqqında məlumat verərək qeyd etmişdir ki, cənab Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində koorupsiyaya, rüşvətxorluğa və məmur özbaşınalığına qarşı çox ciddi mübarizə aparılır. Dövlət rəhbərinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apardığı islahatların, onların qarşısında qoyduğu yeni tələblərin məqsədi cəmiyyətdə qanunun alilliyinin və vətəndaş məmnunluğunu təmin olunmasıdır.

Dövlət başçısının tapşırıqları bütün dövlət qulluqçularının üzərinə çox böyük vəzifələr qoyur. Daim xalq içində olmaq, vətəndaşlarla bir yerdə olmaq, onların problemlərini təhlil etmək, ədalətli olmaq və insanların inamını qazanmaq yerli icra orqanlarında çalışan dövlət qulluqçularının əsas vəzifəsidir. Xoşagəlməz hallara yol verilməməlidir. Cənab Prezidentin dövlət qulluqçusu kimi hər birimizdən tələbi belədir ki, dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır.

13 may 2020-ci il tarixdə cənab Prezidentin Fəmanı ilə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası” təsdiq edilmişdir. Bu qaydalar işimizi yeni yanaşmalarla qurmağımızı tələb edir. Əhali ilə ən yaxın təmasda olan dövlət qulluqçuları kimi ərazi icra nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür. Nümayəndələr yerli əhalinin problemləri ilə yaşamalıdırlar. Fəaliyyətimizdə şəffaflıq, obyektivlik, ədalət olmalı, bütün hərəkətlərimiz hüquqi qaydalara söykənməlidir. Biz hamımız cənab Prezidentin tələbləri səviyyəsində işləməyə borcluyuq. Əsas vəzifəmiz insanlara xidmət göstərmək, onlarda məmnunluq hissi yaratmaq olmalıdır.

Videomüşavirədə Qovlar şəhəri, Əyyublu, Aşağı Quşçu, Əlimərdanlı və Vahidli  kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin məlumatları dinlənilmiş, müzakirələr aparılmış, müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər