Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda fermer və sahibkarlara lizinq yolu ilə 43 traktor verilmişdir

08 may 2014 | 15:00

 

7 may 2014-cü il tarixdə Kənd Təsərrüfatı naziri cənab Heydər Əsədov və Tovuz rayon İcra Hakimiyyətinin başçısı  cənab Tofiq Zeynalov  “Aqrolizinq” ASC-nin Tovuz “Aqroservis” filialına gətirilən Gəncə avtomobil zavodunda yığılmış “Belarus” tipli 125 traktora baxış keçirmişlər.
Nazir əvvəlcə filialda yaradılmış şəraitlə tanış olmuşdur.Sonra respublikanın müxtəlif rayonlarından gəlmiş fermer və sahibkarlara traktorların sənədlərini təqdim edilmişdir. Kənd Təsərrüfatı naziri cənab  Heydər Əsədov dövlətimizin başçısının aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışdır.Diqqətə çatdırılmışdır ki, Tovuz “Aqroservis” filialına gətirilmiş 125 ədəd traktordan 43-ü bu gün fermer və sahibkarlara lizinq yolu ilə verilir.Traktor almış fermerlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.Nazir daha sonra Tovuzda fəaliyyət göstərən dövlət toxumçuluq təsərrüfatlarında, rayon baytarlıq və fitosanitar xidməti idarələrində olmuşdur.

Keçidlər