Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla həyata keçirilir

13 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi hərtərəfli qayğının nəticəsi olaraq Tovuzda hər il yeni məktəb binaları tikilib istifadəyə verilir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində rayonun Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbi üçün də 1200 şagird yerlik belə yeni məktəb binası tikilir. Məktəbin tikintisinə 2019-cu ilin iyun ayında başlanılıb. Məktəb 3 mərtəbəli 6 korpusdan, 64 sinif otağından, fənn kabinetləri, lobaratoryalar, idman və akt zalından ibarətdir. Binanın həyətində futbol, voleybol, həndbol və basketbol idman növləri üçün meydançalar yaradılacaq.  Hazırda bu məktəb kompleksində dövrün tələblərinə uyğun olaraq ən müasir texnologiyalara əsaslanan elektrik, rabitə və digər kommunikasiya sistemləri quraşdırılmış, fənn kabinələri, sinif otaqları, təhsili günün tələbləri səviyyəsində qurmağa imkan verən digər otaqlarda son tamamlama işləri görülməkdədir.

Sakinlər, valideyinlər və şagirdlər qədirbilənliklə qeyd edirlər ki, cənab Prezident İlham Əliyev, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva koronavirus (COVID-19) infeksiyasından xalqın qorunub saxlanması üçün xalq mənafeyini ifadə edən ardıcıl və qətiyyətli siyasət yeritməklə konkret tədbirlər görürlər. Ölkə rəhbərliyi Azərbaycanın pandemiyadan ən az itkilərlə çıxması və postpandemiya dövründə də ölkənin dayanıqlı inkişafı üçün böyük proqramların həyata keçirməsi üçün güclü zəmin yaradır. Bütün bunlar göstərir ki, Azərbaycan dövləti daim vətəndaşın yanındadır və yalnız onun maraqlarına xidmət edir.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov məktəb binasının tikintisində olaraq məktəb binasının vaxtında istifadəyə verilməsi üçün əlaqədar yerli strukturlara tapşırıqlar vermişdir.

Keçidlər