Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda xeyriyyəçilik aksiyası davam etdirilir

10 may 2020 | 04:22

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti və iradəsi nəticəsində koronavirus (COVID-19) pandemiyasına qarşı ölkəmizdə ən mütərəqqi və ən insanpərvər təcrübə əsasında səmərəli mübarizə aparılır. Xüsusi karantin rejiminin yumuşaldılması mərhələsinə keçilməsi şəratində də Tovuzda infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə lazımi profilaktika tədbirləri həyata keçirilməsi davam etdirilir və əhali arasında izahat, təbliğat işləri gücləndirilir.

Koronavirusa qarşı mübarizə dövründə cənab Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışlarına qoşularaq rayon icra hakimiyyətinin başladığı #BirlikdəOlaq-QalibGələk xeyriyyəçilik kampaniyası bu günlərdə də uğurla davam etdirilir.

Tovuz Rayon İcra Hakimiyyəti rayon ərazisində əlavə sosial müdafiəyə ehtiyacı olan, həssas təbəqə qrupuna aid 200 ailəyə ərzaq yardımı paylamışdır. Sovqatı yerlərə çatdıran rayon icra hakimiyyətinin məsul işçiləri cənab Prezidentin xalq naminə yürütdüyü siyasət, əhalinin rifahının yaxşılaşmasına xidmət edən sosial yardım paketi və ölkədə qanunçuluğa əməl edilməsi, sosial ədalətin bərpası istiqamətində gördüyü konkret işlər ətrafında söhbətlər aparmışlar. Eyni zamanda xüsusi karantin rejimi dövründə insanların şəxsi gigiyenaya və sanitar normalarına ciddi əməl etmələri barədə  adamlarla dialoq şəkilində müzakirələr və izahat işləri aparmışlar.

Onlara göstərilən diqqət və qayğıya görə sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildirmişlər.

Keçidlər