Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Kitab bayramı keçirilmişdir

07 may 2014 | 15:00

Tovuz rayon Mədəniyyət Evinin qarşısında keçirilən tədbirdə mindən çox kitab, o cümlədən Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən nəşrlər, Azərbaycanın yazıçı və şairlərinin və yerli qələm sahiblərinin əsərləri nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edənlər kitabsevərləri əlamətdar bayram münasibətilə təbrik etmiş, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərilən dövlət qayğısından, bilik mənbəyi olan kitabın əhəmiyyətindən danışmışlar.
Rayon məktəblilərinin, uşaq bağçalarının kollektivlərinin ifasında Ulu Öndərə həsr edilmiş şeirlər, onların göstərdikləri kiçik tamaşalar tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.

 

Keçidlər