Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda koronavirusa (CODID-19) qarşı mübarizə və maarifləndirmə tədbirləri davam etdirilir

07 may 2020 | 16:00

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq Tovuz rayon İcra Hakimiyyəti tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Ölkə ərazisində 2020-ci il may ayının 4-ü saat 00:00-dan etibarən karantin rejimi dövründə tətbiq olunan bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Buna baxamayaraq xüsusi karantin rejimi ləğv olunduğu digər rayon və şəhərlər kimi, rayonumuzun da əhalisi sanitariya-gigiyena qaydalarına ciddi şəkildə əməl etməlidir.

Tovuz və Qovlar şəhərlərində, kəndlərdə dezinfeksiya işlərinin gücləndirilməsi, RİH tərəfindən yaradılan mobil qrupların üzvləri tərəfindən maarifləndirmə işlərinin davam etdirilməsi, sakinlərə qaydalara əməl olunması ilə bağlı fərdi söhbətlər edilməsi qərara alınmışdır.

Hazırda Tovuz İcra Hakimiyyətinin yaratdığı mobil qrupların üzvləri maarifləndirmə işlərini davam etdirirlər. Onlar yerlərdə olaraq sakinlərə işləri olmadığı təqdirdə evdən çıxmamaq, sosial məsafəni qorumaq, maska və dezinfeksiyaedici vasitələrdən istifadə etmək, 10 nəfərdən çox sakinin bir yerə toplaşmaması tövsiyə olunur.

Eyni zamanda ərazidə yerləşən xidmət və ticarət obyektlərində koronavirus epidemiyasının profilaktikasına dair metodiki göstərişlərə necə əməl olunduğu monitorinq edilir, obyekt sahibləri və işçiləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qüvvədə olan tələb və tövsiyyələri, aidiəti metodik göstərişlərlə tanış edilir və müvafiq sanitariya normalarına və qaydalara əməl edilməsinin vacibliyi onların diqqətinə çatdırılır.

 

 

Keçidlər