Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzun dağ kəndlərində daha iki modul tipli məktəb quraşdırılacaqdır

06 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial rifahının yaxşılaşdırılması və təhsilin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam edir.

Cənab Prezidentin 2020-ci il 6 may tarixli Sərəncamına əsasən rayonumuzun çətin relyefdə yerləşən yaşayış məntəqələri olan Göyəbaxan və Şıxheybət  kəndlərinin hər birində 56 şagird yerlik modul tipli ümumi orta məktəblər quraşdırılacaq. Bununla da rayon ərazisində modul tipli məktəblərin sayı 13-ə çatdırılacaqdır.

Sakinlər ölkəmizdə sosial infrastrukturun yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən məmnundur və onlara göstərilən dövlət qayğısına görə dövlət başçısına minnətdarlıqlarını ifadə edirlər.

 

Keçidlər