Tovuz rayonunda ailə başçısını itirmiş 726 nəfərə ərzaq yardımı verildi
06 may 2020 | 16:00
Pandemiya ilə əlaqədar ölkəmizdə həssas əhali qruplarının rifahına dəstək göstərilməsində “Bravo” supermarketlər şəbəkəsi sosial məsuliyyət strategiyası çərçivəsində fəal iştirak edir.
Tovuzda da həmin aksiya həyata keçirilmişdir. "Bravo” tərəfindən 726 nəfər ailə başçısını itirmiş şəxslərə ərzaq yardımı verilmişdir. Həmin şəxslərin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsi tərəfindən tərtib edilmişdir. Qeyd edilən siyahı üzrə ailələr müəyyən edilərək, könüllülərin iştirakı ilə onlara ərzaq payları evlərinə çatdırılaraq təqdim edilmişdir.