Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Heydər Əliyev Fondu tərəfindən sağlamlıq imkanları məhdud uşaqlara yardım göstərilmişdir

06 may 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə Heydər Əliyev Fondunun ölkədə uğurla həyata keçirdiyi sosial layihə davam edir. Fond tərəfindən ehtiyacı olan aztəminatlı ailələrə, tənha şəxslərə və yaşlı insanlara ərzaq dəstəyi göstərilir, onların sağlamlığının və müalicəsinin qeydinə qalınır.

Layihə çərçivəsində Heydər Əliyev Fondunun sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün Tovuz rayonuna göndərdiyi 702 ədəd ərzaq bağlamaları şəffaf şəkildə öz ünvanlarına çatdırılmışdır.

Sovqatları qəbul edən ailələr bu nəcib təşəbbüsə görə hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fonduna və xeyriyyə aksiyasının təşkilatçılarına öz xoş arzularını və səmimi minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər