Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Birlikdə olaq-qalib gələk!” kampanyası davam edir

29 aprel 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışlarına qoşularaq rayon icra hakimiyyətinin başladığı #BirlikdəOlaq-QalibGələk xeyriyyəçilik kampaniyasına əmək kollektivləri, iş adamları və ziyalılar birləşməkdə davam edir.

Tovuzda xüsusi karantin rejimi dövründə həssas təbəqəyə malik insanlara kömək göstərmək üçün özəl sektorun nümayəndələri də yaxından iştirak edirlər. Bu günlərdə  “Tovuz Aqro Sənaye” MMC-nin təşəbbüsü ilə əlavə sosial müdafiəyə ehtiyacı olan və sosial təcrid şəraitində yaşayan tənha insanlara yardım olunmuşdur. Həmin müəssisə Yaponiyalı iş adamları ilə birlikdə rayonda aqrar sahədə səmərəli əməkdaşlığa başlayaraq kənd təsərrüfatı məhsullarının becərilməsində innovativ metodları tətbiq edir. “Tovuz Aqro Sənaye” MMC və onunla əməkdaşlıq edən Yaponiyanın “Tet İnternational Development” MMC-nin birgə hazırladıqları yardımlar ailələrə çatdırılmışdır.

Rayon İcra Hakimiyyətinin xeyriyyəçilik aksiyasına qoşulanlar sırasında “Azərişıq” ASC-nin Tovuz elektrik şəbəkəsinin kollektivi də vardır. idarənin işçiləri koronavirusla mübarizə üçün xüsusi karantin rejimi şəraitində əlavə köməyə ehtiyacı olan insanlara maddi və mənəvi dəstək olmaq barədə Rayon İcra Hakimiyyətinin “Birlikdə olaq-qalib gələk!” kampanyasına qatılmışlar. Elektrik şəbəkəsinin kollektivi Tovuz şəhərində 50 ailəyə içərisində ərzaq və zəruri mallar olan bağlamaları özünütəcrid şəraitində yaşayan həssas təbəqəyə malik insanlara çatdırmışdır.

Rayonda xeyriyəçilik kampaniyası genişlənməkdə davam edir və bu humanist aksiyaya  qoşulanların sayı artmaqdadır.

Keçidlər