Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Birlikdə olaq-qalib gələk!” kampanyasına meliorasiya işçiləri də qoşuldular

25 aprel 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışı çərçivəsində rayon icra hakimiyyətinin başladığı #BirlikdəOlaq-QalibGələk xeyriyyəçilik kampaniyasına əmək kollektivləri, iş adamları və ziyalılar qoşulmaqda davam edir.

Rayonda əlavə sosial müdafiəyə və həssas təbəqəyə kömək göstərmək məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rayondakı Tovuz suvarma sistemləri idarəsi, Tovuz subartezian quyularının istismarı idarəsi və Ceyrançöl qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarəsinin kollektivləri 150 ailəyə ərzaq yardımı etmişlər. Həmin xeyriyyəçilik aksiyası Tovuz və Qovlar şəhərləri ilə yanaşı rayonun bir sıra kəndlərində sosial qayğıya ehtiyacı olan ailələri əhatə etmişdir.

Tovuzda xeyriyyəçilik kampaniyası genişlənməkdə davam edir və bu humanist aksiyaya  qoşulanların sayı artmaqdadır.

Keçidlər