Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz RİH başçısı yanında operativ qərargahın növbəti iclası keçirilib

23 aprel 2020 | 16:00

Tovuz rayonu ərazisində koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi vəziyyəti ilə bağlı rayon RİH başçısı yanında yaradılmış operativ qərargahın növbəti iclası keçirilib. İclas  videobağlantı RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə təşkil olunub.

  Video-konfransda qeyd olunmuşdur ki, rayon ərazisində xüsusi karantin rejimi qaydalarının icrası ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Tovuzda fəaliyyət göstərən bütün idarə, müəssisə təşkilatların fəaliyyəti xüsusi karantin rejiminin qaydalarına uyğunlaşdırılıb. Fəaliyyətinə icazə verilən sahibkar obyektlərinin karantin rejimi qaydalarına uyğun olaraq işləməsi təmin olunub.

Rayon İcra Hakimiyyətində bütün yaşayış məntəqələri üzrə təşkil olunmuş mobil qruplar vasitəsilə xüsusi karantin rejiminin qaydaları ilə bağlı əhali arasında geniş maarifləndirici və izahedici tədbirlər aparılır. Şəhər və kəndlərdə əhalinin hərəkəti nəzarətə alınmış, insanların, o cümlədən 65 yaşdan yuxarı şəxslərin evdə qalmaları, əhalinin yalnız müvafiq icazə ilə hərəkət etməsi əsasən təmin edilir. Xüsusi karantin rejimi qaydalarını pozmadan yaz-tarla işləri davam etdirilir.

Koronavirus infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə yaşayış məntəqələrində, ictimai yerlərdə, küçələrdə, inzibati binalarda, çoxmərtəbəli yaşayış binalarının həyətlərində və girişlərində, ictimai nəqliyyat vastələrində, dayanacaqlarda və bankomatların ətraflarında, parklarda və xiyabanlarda davamlı olaraq dezinfeksiya, sanitar-profilaktika işləri aparılır.

Rayonda 65 yaşdan yuxarı tənha və ahıl insanların siyahısı müəyyənləşdirilmiş və onlara evlərində xüsusi qayğının göstərilməsi təşkil edilir.

Cənab Prezidentin “Biz Birlikdə Güclüyük” çağırışına uyğun olaraq Rayon İcra Hakimiyyətində “Birlikdə Olaq-Qalib Gələk” devizi ilə xeyriyyəçilik kampanyası aparılır. İndiyədək yüzlərlə imkansız ailələrə ərzaq yardımı olunmuşdur.

Video-konfransda xüsusi karantin rejiminin tələblərinin icrası ilə bağlı görülən işlər barədə qərargah üzvləri Paşa Muradovun və Şirzad Əsgərovun məlumatları dinlənilmiş, Tovuz və Qovlar şəhərləri, Aşağı Quşçu və Bozalqanlı kənd inzibati ərazi dairələri üzrə nümayəndələrlə videobağlantı vasitəsilə yerlərdəki vəziyyət müzakirə edilmişdir.

Video-konfransda yerlərdə xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması, əhalinin maarifləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, İƏD  üzrə nümayəndələrin hər bir ailəyə fərdi qaydada yanaşması və özünütəcridlə bağlı izahedici işlərin aparılması, onların sosial ehtiyaclarının öyrənilməsi ilə bağlı tapşırıqlar verilib.

Cənab Prezidentin ölkəmizdə əhalinin sosial müdafiəsi ilə bağlı həyata keçirdiyi tədbirlər barədə vətəndaşların məlumatlandırılması və onların bu dövlət qayğısından yararlanmasına kömək göstərilməsi diqqətə çatdırılıb.

Video-konfransın sonunda xüsusi karantin rejimi qaydalarına ciddi riayət olunması, hər bir məsələyə xüsusi həssaslıqla yanaşılması, yüksək məsuliyyət  nümayiş etdirilməsi tələb olunmuşdur.

Keçidlər