Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda “Birlikdə olaq-qalib gələk!” kampanyasına onlar da qoşuldular

22 aprel 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışlarına qoşularaq rayon icra hakimiyyətinin başladığı #BirlikdəOlaq-QalibGələk xeyriyyəçilik kampaniyasına iş adamları və ziyalılar birləşməkdə davam edir.

Tovuzda əlavə sosial müdafiəyə və həssas təbəqəyə kömək göstərmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Loqos Psixoloji Nitq İnkişafı Mərkəzinin rəhbəri Təranə Məmmədova Düz Qırıqlı kəndində 50-ə yaxın ailəyə, Qənirə Paşayeva ilkin olaraq Vahidli kəndində 20 ailəyə, “Tovuz Baltiya” LTD şirkətinin prezidenti Naiq Məmmədhəsənov İbrahimhacılı kəndində 130 ailəyə, iş adamı Afiq Abbasov Tovuz şəhəri və Abulbəyli kəndində 30 ailəyə, xeyriyyəçi Çingiz Abbasov Çatax və Çeşməli kəndlərində  12 ailəyə ərzaq yardımı etmişlər.

Rayonda xeyriyəçilik kampaniyası genişlənməkdə davam edir və bu humanist aksiyaya  qoşulanların sayı artmaqdadır.

 

 

Keçidlər