Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda sosial dəstək tədbirləri davam edir

21 aprel 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq xüsusi karantin rejimində əlavə sosial müdafiəyə ehtiyacı olanlara və həssas təbəqəyə aid insanlara sosial dəstək tədbirləri Tovuzda uğurla icra edilir.

Cənab Prezidentin “Biz birlikdə güclüyük” təşəbbüsünün icrası çərçivəsində rayonda xeyriyəçilik tədbirləri davam etdirilərək yaşlı, tənha və sosial xidmətə ehtiyacı olan adamlara hərtərəfli qayğı göstərilir. Onlara içərisində ərzaq və digər zəruri mallar olan bağlamalar paylanır.

“Bravo” supermarketlər şəbəkəsi tərəfindən də rayonun Tovuz və Qovlar şəhərlərində və digər 26 yaşayış məntəqəsində 300 ailəyə ərzaq bağlamaları çatdırılmışdır.

Xüsusi karantin rejiminin tələbinə uyğun “evdə qal” şəraitində yaşayan həssas təbəqəyə aid tovuzlular göstərilən belə diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər