Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda 266 tənha yaşlılara və əlil şəxslərə ərzaq yardım edildi

16 aprel 2020 | 16:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda evlərində sosial xidmətlərlə təmin edilən tənha yaşayan yaşlılara və əlilliyi olan şəxslərə sosial dəstək tədbirlərinə fəal şəkildə qoşulanlardan biri də “Bravo” supermarketlər şəbəkəsidir.
Bu gün “Bravo” tərəfindən rayon ərazisində 266 tənha yaşlıya və əlil şəxsə ərzaq yardımı edilib. Ərzaq yardımları rayonun sosial xidmətçilər ilə birgə vətəndaşlara təqdim edilib.
Yaşlı nəsilə diqqət və qayğının əməli ifadəsi olan bu kimi xeyirxah tədbirlər həssas qrupların rifahına, eyni zamanda hazırkı xüsusi karantin rejimi dönəmində    #evdəqal çağırışına mühüm bir dəstəkdir.

Keçidlər