Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan dezinfeksiya işləri davam etdirilir

15 aprel 2020 | 16:00

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilən koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkə başçısının rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təxirəsalınmaz işlər görülür.

Tovuz rayonunda da bütün yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işləri müəyyən edilmiş tələblərə riayət edilməklə həyata keçirilir. Görülən işlər çərçivəsində küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, yaşayış binaları və məişət tullantıları konteynerləri  zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfekasiya olunur.

Bu gün də Tovuz şəhəri ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarının və tapşırıqlarının icrasının təmin edilməsi, rayonda sanitar gigiyenik vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı görülən işlər gündəlik xarakter daşıyır.

Keçidlər