Şriftin ölçüsü :

Saytın rəngi :

Birlikdə olaq-qalib gələk!

15 aprel 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejimi şəraitində Tovuz rayonunda əlavə sosial müdafiəyə ehtiyacı olan əhali qrupuna, yaşı 65-dən yuxarı olanlara və tənha şəxslərə yardım göstərilməsi məqsədilə  #BirlikdəOlaqQalibGələk! devizi altında xeyriyəçilik kamanyası keçirilir.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sosial özünütəcrid və “evdə qal” şəraitində maddi yardıma ehtiyacı olan əhali qrupunun diqqət və qayğıya indi daha çox ehtiyacı vardır.

Cənab Prezidentin “Biz birlikdə güclüyük” çağırışlarına uyğun olaraq rayon icra hakimiyyətinin başladığı xeyriyyəçilik kampaniyasına qoşulan Tovuzlu iş adamları, əmək kollektivləri, sahibkarlar, xeyriyyəçilər Tovuzun 104 yaşayış məntəqəsində gündəlik təlabat malları, ərzaq və digər zəruri vasitələri ilə ehtiyacı olan sakinlərə yardım edirlər.

Xeyriyəçilik kampaniyası gündən-günə genişlənir və ona qoşulanların, bu tədbirə dəstək verənlərin sıraları artmaqda davam edir.

Xeyriyyə tədbirləri rayon İcra Hakimiyyəti yanında fasiləsiz fəaliyyət göstərən qərargah tərəfindən koordinasiya olunur.

 

Qərargahın əlaqə telefonları: (+99450) 50 207 16 36

                                                     (+99450) 50 373 35 73 

                                                     (+99450) 55 603 33 43

                                                     (022) 315 41 98

                                                     (022) 315 00 04

                                                     (022) 315 33 68.

Keçidlər