Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda ağacəkmə aksiyası davam edir

08 aprel 2014 | 15:00

Tovuz rayonunda yaşıllıqların salınması artıq ənənə halını almışdır. Bu ənənənin davamı olaraq aprel ayının 7-də rayonda növbəti ağacəkmə aksiyası keçirilmişdir.
Aksiya rayon icra hakimiyyətinin təşəbbüsü ilə rayonun 3 ərazisində; Qazıqulu kəndindən Tovuzçay dəryaçasına gedən yolda, Tovuz çayının sağ sahilində və Qovlar şəhərində keçirilmişdir. Torpağa yeni tinglər basdırılmış, əkilən ağaclara qulluq göstərilmişdir.
Rayon rəhbərliyinin iştirak etdiyi yaşıllaşdırma kampaniyasının ilk günü 3 mindən çox ağac əkilmişdir. Mayın 10-dək davam edəcək aksiya çərçivəsində rayon ərazisində 10 mindən çox ağac əkilməsi nəzərdə tutulur.

Keçidlər