Tovuzda 200 ailəyə yardım göstərmilmişdir
Xüsusi karantin rejimi dövründə Tovuz rayonunda aztəminatlı əhali qrupunun və yaşı 65-dən çox olan tənha, ahıl sakinlərin sosial müdafiəsi ilə əlaqədar bütün zəruri tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çağırışlarına uyğun olaraq Tovuz rayon İcra Hakimiyyətinin həyata keçirdiyi xeyriyəçilik kompaniyasına tovuzlu iş adamı Məhayət Nəbiyev də qoşulmuşdur. Sahibkar Məhayət Nəbiyev Cənab Prezidentin “BİZ BİRLİKDƏ GÜCLÜYÜK” şüarına dəstək olaraq Tovuz rayonu ərazisində ehtiyacı olan, imkansız 200 ailəyə ərzaq yardımı paylamağı qərara almışdır.
Bu gün rayonun əksər yaşayış məntəqələrində aztəminatlı ailələrə və tənha sakinlərə yardımlar çatdırılmışdır.
Vətəndaşlar onlara göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, xeyirxah təşəbbüslə çıxış etdiyinə görə rayon icra hakimiyyətinə və sahibkar Məhayət Nəbiyevə xoş arzularını ifadə etmişlər.