Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayonunun işğal olunmasından 27 - il keçir

02 aprel 2020 | 16:00

Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də işğal olunub. Erməni silahlı birləşmələri Kəlbəcər rayonunda da dinc əhaliyə amansızlıqla divan tutmuş, ermənilərin 1993-cü ilin aprel ayının əvvəlində Kəlbəcərə qarşı həyata keçirdiyi hərbi təcavüzü nəticəsində  511 nəfər qəddarcasına qətlə yetirilmiş və rayona 31 milyard ABŞ dollarından  artıq  maddi zərər dəymişdir.

Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək Təhlükəsizlik Şurasının digər 3 qətnaməsi kimi, bu qətnamə də yerinə yetirilməyib.

Kəlbəcərin 77 min nəfər əhalisi hazırda respublikanın 56 rayonunun 1000-dən çox yaşayış məntəqəsində müvəqqəti məskunlaşmaqla, dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı tapşırıqlarının icrası nəticəsində kəlbəcərli məcburi köçkünlərin mənzil-məişət şəraiti, maddi vəziyyəti daha da  yaxşılaşdırılır. Buna baxmayaraq kəlbəcərli məcburi köçkünlər  əmindirlər ki, ordumuzun gücü, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və xalqımızın iradəsi ilə işğal altındakı bütün torpaqlarımız azad ediləcək və biz doğma yurdumuza mütləq qayıdacağıq.

 

Keçidlər