Tovuzda karantin rejimi şəraitində 65 yaşdan yuxarı tənha sakinlərə qayğı göstərilir
30 mart 2020 | 16:00
Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi karantin rejimi şəraitində ərazidə yaşayan 65 yaşdan yuxarı tənha şəxslərin sosial həyat şəraiti diqqət mərkəzində saxlanılır.
Bu məqsədlə 46 nəfər 65 yaşdan yuxarı tənha sakinlər evində ziyarət olunmuş, onlara ərzaq və təmizləyici vasitələr verilmişdir. Yaşlı sakinlərə karantin rejiminin tələbləri haqqında məlumat verilmiş və lazımi maarifləndirici söhbətlər aparılmış, evlərində qalmaları tövsiyə edilmişdir.
Rayonda 65 yaşdan yuxarı tənha sakinlərə sosial xidmətlərin göstərilməsi davamlı xarakter daşıyır.