Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət olunur

29 mart 2020 | 16:00

Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görülür.

Tovuz rayonu ərazisində polis orqanlarının nümayəndələri ilə birgə ərazidə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə İHB aparatının, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin, digər qurumların nümayəndələrindən ibarət mobil qruplar yaradılmışdır.

Rayonun 43 inzibati ərazi dairəsinin əhatə etdiyi yaşayış məntəqələrində 56 mobil qrup yaradılmışdır ki, onlardan 10 mobil qrup şəhər ərazilərində, 46 qrup isə kənd yerlərində fəaliyyətə başlamışdır.

Mobil qruplar şəhərlərin küçə prospektlərində, yaşayış massivlərində, məhəllələrdə, çoxmənzilli evlərin olduğu yerlərdə, kəndlərdə sakinlər arasında təbliğat və maarifləndirmə işləri aparır, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən göstəriş və tövsiyələr barədə onları məlumatlandırır və müvafiq izahatlar verirlər. 

Əsas məqsəd vətəndaşların “Evdəqal” prinsiplərinə riayət etməsi, özünü təcrid etmə və infeksiyaya yoluxmanın qarşısının alınmasından ibarətdir.

 

Keçidlər