Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda sanitar-dezinfeksiya işlərinin aparılması təmin olunur

26 mart 2020 | 16:00

Rayon ərazisində  koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarına yol verilməməsi  və  onun qarşısının alınması ilə bağlı  qabaqlayıcı profilaktik tədbir olaraq  başlanılmış dezinfeksiya işləri ilə əlaqədar  təxirəsalınmaz tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən operativ qərargahın tapşırıqlarına uyğun olaraq Tovuz rayonunda həyata keçirilən təxirəsalınmaz tədbirlər sırasında rayon Gigiyena və Epidemiologiya mərkəzinin əməkdaşlarından ibarət xüsusi qruplar  Tovuz və Qovlar şəhərləri, Əyyublu, Aşağı Quşçu, Dondar Quşçu, Düz Cırdaxan, Əlimərdanlı, Qaraxanlı, Xatınlı kəndlərində çoxmənzilli yaşayış binalarında və ictimai yerlərdə, əhalinin intensiv keçdiyi küçələrdə, parklarda, iri ticarət obyektlərinin ətrafında, avtobus və taksi dayanacaqlarında sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işlərini davam etdirlər.

Dezinfeksiya işlərinin mütəmadi olaraq rayonun bütün inzibati ərazi vahidliklərində davam etdirilməsi nəzərdə tutulur.

 

Keçidlər