Tovuzlu gənclər “Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiyada fəal iştirak ediblər
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə “Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiyaya start verilib. Məqsəd əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.
Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının gənc fəalları həmin aksiyada fəal iştirak ediblər.
Rayon təşkilatının fəal gəncləri aksiya çərçivəsində köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkiblər. Gənclər və könüllülər vətəndaşlara koronovirusdan qorunmaq və sağlamlığın müdafiəsi məqsədilə gigiyenik vasitələr çatdırıb, xəstəlikdən qorunma üsullarını izah ediblər.