Şriftin ölçüsü :

Saytın rəngi :

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!

19 mart 2020 | 16:00

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının Tovuz rayonu ərazisində yayılmasının qarşısının alınması və sizlərin sağlamlığınızın təhlükəsizliyi baxımından Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə əsasən Tovuz Rayon İcra Hakimiyyətində də vətəndaşların qəbulu müvəqqəti olaraq məhdudlaşdırılaraq elektron müraciət formasına keçirilmişdir.

İcra Hakimiyyəti başçısı yanında yaradılmış Qərargah tərəfindən bildirilir ki, vətəndaşların müraciətlərinə baxılması üçün bütün imkanlarımızdan istifadə olunacaqdır.

Hər hansı bir məsələdə dəstəyə ehtiyacınız olduğu halda, Tovuz Rayon İcra Hakimiyyəti başçısı aparatının yaradılmış Qərərgahın nəzdində 24 saat fəaliyyət göstərən (022) 315 32 26 QAYNAR XƏTT nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Müraciətlərinizi bizə necə ünvanlaya bilərsiniz?

Birbaşa olaraq Tovuz Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və məsul şəxslərinə ünvanlamaq üçün:

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov

E-mail: mail@tovuz-ih.gov.az

RİH başçısının birinci müavini Rəşad Zeynalov

TEL: (022) 315-00-02 E-mail: r.zeynalov@tovuz-ih.gov.az

RİH başçısının müavini Niftalı Qasımov

TEL: (022) 315-00-03 E-mail: siitps@tovuz-ih.gov.az

RİH başçısının müavini Təranə Bayramova

TEL: (022) 315-41-98 E-mail: ishms@tovuz-ih.gov.az

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdiri Fuad Rzayev

TEL: (022) 315-33-68 E-mail: svms@tovuz-ih.gov.az

Hörmətlə,

Tovuz Rayon İcra Hakimiyyəti

Keçidlər