Tovuz rayonunda 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilmişdir
Əvvəlcə rayon qadınlarının nümayəndələri Ulu öndər Heydər Əliyevin Tovuz şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət etmişlər. Sonra rayon icra hakimiyyəti başçısı aparatının Akt zalında rayonun idarə, müəssisə və təşkilatlarında çalışan fəal qadınların iştirakı ilə bayram tədbiri keçirilmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov qadınlara bayram təbriklərini çatdırmış, rayonun ictimai-siyasi həyatında qadınların fəal rolundan danışmışdır. Dünya qadınları sırasında layiqli yer tutan Azərbaycan qadınının böyük inkişaf yolu keçdiyini, qəhrəman övladlar böyütdüyünü diqqətə çatdıraraq müstəqil Azərbaycan dövlətinin həyatının bütün sahələrində uğurlu fəaliyyət göstərən, yeni cəmiyyət quruculuğuna dəyərli töhfələr verən qadınların əməyinin yüksək qiymətə layiq olduğunu bildirmişdir.
Sonda bayram münasibətilə rayonun ictimai siaysi həyatında fəal iştirak edən bir qrup qadına rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı və tədbirdə iştirak edən qadınlara gül, qiymətli hədiyyələr verilmişdir.