Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar “ASAN qatar” Tovuzda vətəndaşlara xidmət göstərir

11 mart 2020 | 16:00

5 mart 2020-ci il  tarixdən başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Səyyar “ASAN qatar” xidməti Tovuz rayonunun Qovlar şəhəri, Vağzal küçəsində (Qovlar Dəmiryol Stansiyası) sakinlərə xidmət göstərir.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığı təmin etmək və region sakinlərinin məmnunluğuna nail olunmaqdır.

Burada göstərilən xidmətlərə Daxili İşlər Nazirliyi üzrə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, Ədliyyə Nazirliyi üzrə notariat fəaliyyəti, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi üzrə mənzillərin üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqların təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzrə əmək pensiyalarının təyin edilməsi, funksional yardımçı xidmətlər üzrə tərcümə xidməti, tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqqlarının qəbulu) daxildir.

Məlumat üçün bildiririk ki, Səyyar “ASAN qatar” Tovuz rayonunda 2020-ci il martın 19-dək vətəndaşlara xidmət göstərəcək.

Səyyar "ASAN qatar"da sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək, hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.

Keçidlər