Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Tovuz Şəhidlər Xiyabanı ziyarət edilmişdir

26 fevral 2020 | 16:00

“Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair Tədbirlər Planı”nın icrası çərçivəsində Tovuz rayonunda keçirilən silsilə tədbirlərin davamı kimi Tovuz Şəhidlər Xiyabanı ziyarət edilmişdir.

Tədbirlərdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanları nümayəndələri, rayonun idarə, müəsissə və təşkilatların əmək kollektivləri, ictimaiyyət, yerli sakinlər iştirak etmişdir.  Şəhidlər Xiyabanına gələn çoxsaylı ziyarətçilər 1992-ci il fevral ayının 26-da Azərbaycanın Xocalı şəhərində törədilən soyqırım faciəsinin qurbanlarını anaraq Vətən uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə kompleksi qarşısına gəlmişlər. Əvvəlcə şəhidlərin və Xocalı qurbanlarının ruhuna dualar oxunmuşdur. Sonra xatirə kompleksinin önünə qərəfinlər qoyaraq şəhid məzarlarına gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edilmişdir.

Keçidlər