Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Xocalı Soyqırımı ilə bağlı silsilə tədbirlər davam etdirilir

25 fevral 2020 | 16:00

Xocalı soyqırımının 28-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar olaraq Tovuz rayon İcra Hakimiyyətinin tədbirlər planının icrası çərçivəsində rayonun idarə, müəssisə və təşkilatlarında, məktəbəqədər tərbiyə müəssisələri və məktəblərdə silsilə tədbirlərin keçirilməsi davam etdirilir. Abulbəyli kənd 2 saylı körpələr-evi uşaq bağçasında növbəti belə tədbir keçirilmişdir.

XX əsrdə dünya birliyinin gözü qarşısında erməni faşistlərinin Azərbaycanın Xocalı şəhərində soyqırım törətməsi körpələrin də qəlbini göynədir. Məktəbəqədər tərbiyə müəssisəsində keçirilən tədbirdə qeyd olunmuşdur ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampanyası dünyada böyük əks-sədda doğurmuşdur. Xocalı soyqırımına həsr olunmuş körpələr evi-uşaq bağçasının təqdim etdiyi ədəbi-bəddi kompozisiya maraqla qarşılanmışdır.

Keçidlər