Şriftin ölçüsü :

Saytın rəngi :

İbrahimhacılı kəndində səyyar qəbul-görüş keçirilmişdir

20 fevral 2020 | 16:00

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü İbrahimhacılı kəndində keçirilmişdir. Görüşdə RİH-nin məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

Səyyar qəbul-görüşü giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı kənd sakinlərinə Prezident İlham Əliyevin tapşırığına əsasən rəhbər işçilərin əhali ilə keçirdikləri səyyar görüşlərin əhəmiyyətindən danışmış, belə tədbirlərin yerlərdə görülmüş və görüləcək işlərlə daha yaxından tanış olmaq, əhalini narahat edən problemləri daha dərindən öyrənmək üçün yaxşı imkan yaratdığını diqqətə çatdırmışdır.

RİH-nin başçısı tədbir iştirakçılarına bu il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə və fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda aparılan müzakirələrdən, qarşıya qoyulan  hədəflərdən danışmışdır.

RİH başçısı çıxışında Tovuz rayonunda həyata keçirilən abadlıq və quruculuq, infrastruktur layihələri barədə sakinlərə məlumat vermiş və onlardan öz problemlərini sərbəst olaraq dilə gətirmələrini xahiş etmişdir.

Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri müxtəlif xarakterli təklif və tənqidi qeydlərlə çıxış etmişlər. Onlar məktəb binasının əsaslı təmir olunması, suvarma və içməli su təminatı, yeni yaşayış massivinin qazlaşdırılması, xəstəliklə əlaqədar pensiya təyinatı, ünvanlı sosial yardım, həyatyanı torpaq sahəsinin ayrılması, işlə təminat və başqa məzmunlu mürəciətlər etmişlər.

Səyyar qəbul-görüşdə səslənən fikirlərlə bağlı ətraflı müzakirələr aparılmış, müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmişdir. Bir sıra tapşırıqların icrası nəzarətə götürülmüşdür.

Keçidlər