Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda VIII “Liderlik məktəbi” layihəsi keçirilir.

12 fevral 2014 | 16:00

10-16 fevral 2014-cü il tarixlərində Tovuz rayonunda yerləşən “Ayan Palace” otelində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ənənəvi olaraq ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün VIII “Liderlik məktəbi” layihəsi keçirilir. Layihədə 100 nəfərdən çox tələbə iştirak edir. Layihənin keçirilməsində məqsəd cəmiyyətdəki gənc liderləri aşkar etmək, onların gələcək liderlər kimi formalaşmasına dəstək göstərmək, vətəndaş cəmiyyətinin inkişafına verəcəkləri töhfəni qiymətləndirmək, eyni zamanda tələbələr arasında əlaqələri genişləndirərək asudə vaxtlarının səmərəli təşkilinə köməklik göstərməkdir. Layihənin rəsmi açılış mərasimində Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova və Rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov iştirak və çıxış etmişlər.Layihənin icrası davam edir.

Keçidlər