Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunun Aran Yanıqlı kəndinə və Qovlar şəhərinin “Yanıq Pəyə” yaşayış massivinə yeni yollar çəkilir.

18 fevral 2020 | 16:00

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəllifi olduğu regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının, xüsusən 2019-2023-cü illər Dövlət Proqramının uğurlu icrası nəticəsində bütün ölkə ərazisində olduğu kimi Tovuz rayonunda da abadlıq-quruculuq işləri davam etdirilir.
Son illər ərzində rayonda bir sıra mühüm əhəmiyyətli avtomobil yolları əsaslı təmir edilmişdir. 
Bu gün Tovuz rayonunda əhalisinin sayı 1000 nəfər olan Qovlar şəhərinin “Yanıq Pəyə” yaşayış massivinə uzunluğu 6,7 km, əhalisinin sayı 580 nəfər olan Aran Yanıqlı kəndinə uzunluğu 4 km asfalt örtüklü yolun çəkilişinə başlanılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov Qovlar şəhəri “Yanıq Pəyə” yaşayış massivində və Aran Yanıqlı kəndində olmuş, görülən işlərin gedişi ilə maraqlanmış və müvafiq tövsiyələrini vermişdir.
Sonra rayon rəhbərinin sakinlərlə görüş keçirmişdir. Sakinlər tərəfindən görülən işlər razılıqla qarşılanmış, rayonda və kəndlərdə yol infrastrukturunun yenidən qurulmasına görə başda ölkə başçısı İlham Əliyev olmaqla əməyi keçən insanlara minnətdarlıqlarını bildirmişlər.

Keçidlər