Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda 2 fevral Gənclər günü qeyd edilmişdir

31 yanvar 2020 | 16:00

Rayon İcra Hakimiyyətinin və rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 2 fevral Gənclər günü münasibəti ilə Tovuz şəhəri  “Şam bağı” istirahət mərkəzində tədbir keçirilmişdir.

Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılmış və abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Təranə Bayramova, rayon gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov, Ağbulaq kənd tam orta məktəbinin müəllimi Rəvanə Verdiyeva, Əlimərdanlı bələdiyyəsinin üzvü Ruslan Hümmətov, Tovuz Dövlət Sosial-iqtisad kollecinin tələbəsi Xəyal Məmmədov, “N” saylı hərbi hissənin əsgəri Bayram Əliyev çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış gənclər siyasətinin bu gün möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən dövrün tələbləri və əsrin çağırışları nəzərə alınmaqla uğurla davam etdirilməsindən, müstəqil Azərbaycanın layiqli vətəndaşları yetişdirilməsi üçün gənclərin hərtərəfli qayğı ilə əhatə olunmasından, Azərbaycan gənclərinin ölkəmizdə nümunəvi təhsil alıb həyatda öz layiqli yerlərini tutması ilə yanaşı dünyanın aparıcı universitetlərində təhsil almaları üçün həyata keçirilən Dövlət Proqramlarından  danışmışlar.

Sonra 2019-cu ildə fərqlənən gənclərə Tovuz rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.  Tədbir gənclər gününə həsr olunmuş konsert proqramı ilə davam etmişdir.

Keçidlər