Şriftin ölçüsü :

Saytın rəngi :

Hesabat yığıncağı geniş fikir mübadiləsi şəraitində keçirilmişdir

30 yanvar 2020 | 16:00

Tovuz şəhər nümayəndəliyinin 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda şəhər sakinləri, məhəllə ağsaqqalları, ictimaiyyət nümayəndələri, ərazidəki idarə, müəssisə və təşkilat rəhbərlərinin təmsilçiləri iştirak etmişlər.

Yığıncaqda RİH başçısının Tovuz şəhər İƏD üzrə nümayəndəsi Yaşar İbrahimov məruzə ilə çıxış etmişdir.

Hesabat məruzəsində 2019-cu ilin müasir Azərbaycan tarixinə  daha bir uğurlu il kimi daxil olduğu, Prezident İlham Əliyevin rəhəbrliyi ilə ölkə qarşısında duran bütün vəzifələrin uğurla icra edildiyi, ölkəmizin dinamik inkişafı  təmin olunduğu, bununla həmahəng olaraq Tovuz rayonunda da davamlı quruculuq işlərinin aparıldığı, bir sıra infrastruktur layihələrinin müvəffəqiyyətlə icra olunduğu qeyd olunmuşdur.

Bildirilmişdir ki, ötən il Tovuz şəhərinin Heydər Əliyev prospektində, H.Aslanov, Şəhriyar, Musa Musayev, R.Məmmədov, S.Vurğun, Mərdan Musayev küçələrində və Tovuz şəhər parkında beton bort daşları yenisi ilə əvəz olunmuş, eləcədə tomet tavalar döşənmişdir. İstirahət parklarında təmir–tikinti işləri aparılmış, yol dairələrində yaşıllaşma, işıqlanma işləri görülmüşdür. Şəhriyar, R.Məmmədov, S.Məmmədov və  Vaqif  küçələrinin işıqlanma sistemi yenidən qurulmuşdur.

Şəhərin Sabir, Y.Sadıqov, M.Ə.Rəsulzadə küçələrində yerləşən bir mərtəbəli yaşayış binaları təmir edilmişdir.

2019-cu ildə şəhərin S.Məmmədov, Ə.Cavad, F.Axundov,Y.Sadıqov, Ş.İ.Xətai M.Ə.Rəsulzadə S.Xasıyev, A.Mustafayev, A.H.Bozalqanlı, İstiqlal, Şəfa və Vaqif küçələrində asfalalt beton işləri görülmüşdür.

Ölkə başçısı cənab İlham Əliyevin “Tovuz şəhərinin içməli su təchizatının yaxşılaşdırılması barədə” 22.01.2018-ci il tarixli sərancamına uyğun olaraq 2019-cu ildə layihənin icrası uğurla davam etdirilmiş və şəhər əhalisinin içməli suya olan təlabatı tam ödənilmişdir.

Ərazidə yaşayan şəhid ailələrinin, Qarabağ müharibəsi əlillləri ailələrinin, veteranların sosial problemləri ilə müntəzəm məşğul olunur və onların hər biri qanunla müəyyən edilmiş imtiyazlardan lazımi səviyədə istifadə edirlər.

2019-cu ildə də Tovuz şəhərində də aparlan abadlıq işləri, yeni layihələrin həyata keçirilməsi işləri davam etdirilmişdir. Tarix Diyarşünaslıq muzeyinin, Dövlət Rəmzləri Muzeyinin, Aşıq Sənəti Dövlət Muzeyinin, “ASAN Xidmət” Mərkəzinin inzibati binasının tikinti işləri  başa çatdırılmış, Nizami adına klubun tikintisi davam etdirilir.

Məruzədə Tovuz şəhərində əhalinin elektrik, təbii qaz, içməli su və rabitə xidmətləri ilə təminatı geniş təhlil olunmuş, bu sahədə mövcud olan nöqsanlar diqqətə çatdırılmışdır. Nümayəndəlik aparatında vətəndaşların müraciətlərinə baxılması, sənədlərlə aparılan işlər, sakinlərin qəbulunun təşkili ilə bağlı statistik göstəricilər açıqlanmışdır.

Məruzə ətrafında Mənzil Kommunal müəssisələri istehsalat birliyinin rəisi Xəqani Məmmədov, Su Kanal sahəsinin rəisi Etibar Əhmədov, N. Tusi adına məktəb-liseyin direktoru Valeh Məmmədov, 3 saylı körpələr evi-uşaq bağçasının müdiri Elmira Həsənova və Tovuz bələdiyyəsinin sədri İsrail İbrahimov çıxış etmişlər.

Şəhər sakinləri Gülnar Həsənova, İzzət Hüseynov, Əli Əliyev, Əmirxan Qasımov, Fuad İsmayılov və başqaları çıxış edərək Tovuz şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı öz təkliflərini səsləndirmiş, fikirlərini söyləmişlər. Sakinlər tərəfindən küçələrin işıqlandırılması sahəsində işlərin davam etdirilməsi, şəhər məktəblərinə yaxın ərazidə və küçələrdə yol keçidi siqnallarının qoyulması, məktəblərə yaxın ərazilərdə kompüter oyun zalları və çay evlərinin yığışdırılması, sahibsiz itlərin zərərsizləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi, Tovuz çayından qurunt sularının Xunam arxına vurulması, şəhər daxili marşurut xəttinin genişləndirilməsi, veteranlar üçün istirahət evinin yaradılması, yüksək mərtəbəli binaların həyətlərinin təmiz saxlanması, küçələrdə aparılan asfaltlanma işlərinin davam etdirilməsi kimi təkliflər irəli sürmüşlər.

Hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı aparatının şöbə müdiri, Şura üzvü Fərman Qurbanov iştirak və çıxış etmişdir.

Yığıncaqda səslənən təkliflər və tənqidi qeydlər nəzərə alınmaqla müvafiq qərar qəbul edilmişdir.

 
 
 
 
 
Keçidlər