Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İH başçısının növbəti səyyar qəbulu Aşağı Öysüzlü kəndində keçirilmişdir

29 yanvar 2020 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Aşağı Öysüzlü kəndində  keçirilmişdir. Səyyar qəbul-görüşdə kənd sakinləri, ayrı-ayrı xidmət sahələrinin rəhbərləri, yerli qurumların nümayəndələri iştirak etmişlər.

Səyyar qəbul-görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən, yanvar ayının 13-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə aparılan müzakirələrdən, qarşıya qoyulan  hədəflərdən danışmışdır.

RİH başçısı çıxışında Tovuz rayonunda həyata keçirilən abadlıq və quruculuq, infrastruktur layihələri barədə sakinlərə məlumat vermiş və onlardan öz problemlərini sərbəst olaraq dilə gətirmələrini xahiş etmişdir.

Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri müxtəlif xarakterli təklif və tənqidi qeydlərlə çıxış etmişlər. Onlar məktəb binasının yenidən tikillməsi, suvarma su təminatı, içməlu su xəttlərinə qanunsuz müdaxilələrin aradan qaldırılması, içməli su anbarından kəndə içməli su verilməsi, kənddaxili yolların təmiri və başqa məzmunlu mürəciətlər etmişlər.

Səyyar qəbul-görüşdə səslənən fikirlərlə bağlı ətraflı müzakirələr aparılmış, müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmişdir. Bir sıra tapşırıqların icrası nəzarətə götürülmüşdür.

Keçidlər