Qovlar şəhər inzibati ərazi dairəsində hesabat yığıncağı keçirilmişdir
“Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq Tovuz rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində müvafiq qrafik üzrə hesabat yığıncaqlarının keçirilməsi davam edir. 25 yanvar tarixində müvafiq qrafik üzrə Tovuz rayon İcra Hakimiyyəti başçısının Qovlar şəhər inzibati ərazi dairəsində ictimaiyyət nümayəndələrinin, ərazidəki idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda çıxış edən nümayəndə Oruc Binnətovun hesabatında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət, respublikamızın sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlər, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu, eyni zamanda rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri, həyata keçirilən layihələr barədə məlumat verilmiş, Qovlar şəhərinin sosial-iqtisadi inkişafı sahəsində görülən işlər və qarşıda duran vəzifələr geniş təhlil olunmuşdur.
Hesabat yığıncağı açıq fikir mübadiləsi və diskusiyalar şəraitində keçmişdir. Çıxış edənlərdən Rauf Rüstəmov, Üzeyirə Hüseynova, Kifayət Əsgərova, Ayaz Şərifov, Ramiz Bağırov və digərləri xalqa göstərilən dövlət qayğısından razılıqlarını ifadə etmiş, Qovlar şəhərində həlli vacib bir sıra məsələləri səsləndirmişlər.
Bildirilmişdir ki, şəhərə içəli su kəməri çəkilməsindən 50 ilə qədər bir vaxt keçir, əhali 3 dəfəyə qədər artmışdır və bir sıra bütöv yaşayış məhəlləri və massivlərində əhalini içməli su ilə təmin etmək problem olaraq qalır. Əkin sahələrinin suvarma suyu ilə təminatı, sudan səmərəli və qənaətlə istifadə etməklə müasir texnologiyaların tətbiqi, yaşayış evlərinə verilən qaz yanacağının təzyiqinin aşağı olması, İntizam Alıyev küçəsindəki subartezian quyusunun təmiri, şəhərdəki kommunal müəssisəyə əlavə xüsusi texnikanın və nəqliyyat vastəsinin alınmasına kömək göstərilməsi və digər sosial məsələlərin həlli ilə əlaqədar təkliflər səsləndirmişdir.
Hesabat yığıncağında rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Bəhruzər Rüstəmov iştirak və çıxış etmişdir.