Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda "Gənclər günü" qeyd edilmişdir.

01 fevral 2014 | 16:00

31.01.2014-cü il tarixdə Tovuz  rayonunun “Turan” Şadlıq Sarayında rayon İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənclər günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdən öncə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılmış və abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur.
Tədbiri Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov açmışdır. Çıxılşlarda Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış gənclər siyasətinin bu gün möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən, gənclərə dövlət səviyəsində göstərilən diqqət və qayğıdan, onların ölkənin ictimai-siyasi həyatında, dövlət idarəçiliyində fəal iştirak etməsindən, qazandıqları uğurlardan ətraflı bəhs olunmuşdur.
Sonda “Gənclər günü”nə həsr olunmuş konsert təşkil edilmiş və rayonun ictimai-siyasi həyatında, təhsildə, idman yarışlarında fərqlənən gənclərə qiymətli hədiyyələr verilmişdir.

Keçidlər