Şriftin ölçüsü :

Saytın rəngi :

Yuxarı Öysüzlü kəndində 2019-cu ildə görülmüş işlərə dair hesabat yığıncaqları keçirilib

22 yanvar 2020 | 16:00

Yuxarı Öysüzlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə  hesabat yığıncağı keçirilib.

Yuxarı Öysüzlü kəndində 2019-cu ilin  yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağında ictimaiyyət təmsilçiləri, ərazidə yerləşən idarə-müəssisə və xidmət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Hesabat məruzəsi ilə RİH başçısının Yuxarı Öysüzlü kənd İƏD üzrə nümayəndəsi Firuddin Cəfərov çıxış etmişdir. Məruzədə cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən daxili və xarici siyasət nəticəsində xalqın rifahının daha da yüksəlməsi,  respublikamızın sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlər, eyni zamanda rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri barədə məlumat verilmiş, Yuxarı Öysüzlü kəndində ötən il əldə edilən uğurlar və qarşıda duran vəzifələr geniş təhlil olunmuşdur. 

Yığıncaqda kənd sakinlərindən Rüstəm Yusifov, Nizami Səmədov, Fəxrəddin Aslanov, İsa Hüseynov, Günay Seyidova və başqaları çıxış edərək ölkədə həyata keçirilən islahatlardan, cənab Prezidentin imzaladığı sosial paketlərdən bəhs etmiş, eyni zamanda ərazidə əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaq üçün həlli vacib bir sıra məsələləri gündəliyə gətirmişlər. Onlar təsərrüfatının əsas sahəsi əkinçilik olan kəndin “Ağdağ” massivində əsas suvarma arxlarının betonalşdırılması, kəndin dağatəyi ərazidə yerləşən hissəsindəki yaşayış evlərinin içməli su ilə təminatı, M. Məmmədov adına məktəbin istilik sisteminin bərpası, M. Əliyev adına məktəb üçün yeni binanın tikilməsi, 2 saylı körpələr evi-uşaq bağçasının qaz yanacağı ilə təminatı, XIX əsrə aid Nəsib və Yusif  bəyin tarixi abidə oaln evlərində bərpa işlərinin aparılması və başqa təkliflərlə çıxış etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçisi Bəhruzər Rüstəmov hesabat yığıncağında iştirak və çıxış etmiş, vətəndaşları maraqlandıran sualları cavablandırmışdır.

Keçidlər