Şriftin ölçüsü :

Saytın rəngi :

Alakol və Düz Cırdaxan kəndlərində 2019-cu ildə görülmüş işlərə dair hesabat yığıncaqları keçirilib

18 yanvar 2020 | 16:00

Alakol və Düz Cırdaxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə  hesabat yığıncaqları keçirilib.
Alakol kəndində 2019-cu ilin  yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağında ərazidə yaşayan əhalinin bütün qruplarının təmsilçiləri, xidmət təşkilatlarının nümayəndələri, yerli qurumların nümayəndələri iştirak etmişlər.
Hesabat məruzəsi ilə RİH başçısının Alakol kənd İƏD üzrə nümayəndəsi Akif Əsgərov çıxış etmişdir. Məruzədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət, respublikamızın sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlər, eyni zamanda rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilmiş, Alakol kəndinin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələr geniş təhlil olunmuşdur.  Qeyd olunmuşdur ki, 2019-cu ildə Alakol kəndində 624 şagird yerlik məktəb binası inşa olunmuş, nümayəndəliyin tərkibində olan Köhnəqala kənd tam orta məktəbinin əsaslı təmirinə başlanmışdır. Qovlar-Alakol-İbrahimhacılı avtomobil yolu əsaslı təmir edilmişdir. Alakol kəndinin ərazisində dənli bitki toxumlarının emalı zavodu yaradılmışdır. Kəndin ərazisində 42 subartezian quyusu vardır ki, onlardan 5-i cənab Prezidentin sərəncamı ilə qazılıb istifadəyə verilmişdir.
Məruzədə “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq nümayəndəliyin üzərinə düşən vəzifələr və səlahiyyətlərin icrası sahəsində görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmişdir.
Yığıncaqda çıxış edən kənd sakinləri ərazidə görülən işlərə görə, eyni zamanda insanlara göstərilən dövlət qayğısına görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Sakinlər Alakol kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alakol, Köhnəqala, Məşədilər və Aşırallar kəndlərinin sosial-iqtisadi inkişafına dair təkliflər səsləndirmiş, şəxsi problemlərini dilə gətirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısının müavini Niftalı Qasımov hesabat yığıncağında iştirak və çıxış etmiş, vətəndaşları maraqlandıran sualları cavablandırmışdır.

 



Düz Cırdaxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin  yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağında RİH başçısının Düz Cırdaxan kənd İƏD üzrə nümayəndəsi Akif Mehdiyev çıxış edərək hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat verib.
Akif Mehdiyev məruzəsində ölkəmizdə aparılan genişmiqyaslı işlərdən kənd sakinlərinin məmnun olduğunu diqqətə çatdıraraq kənd icra nümayəndəliyinin son bir ildə fəaliyyəti barədə yığıncaq iştirakçılarına geniş məlumat vermişdir.
Hesabat yığıncağında kənddə yeni məktəb binasının tikintisi, məktəbəqədərə təhsil müəssisəsinin şəbəkəsinin genişləndirilməsi, içməli su təminatının yaxşılaşdırılması və digər təkliflər verilmişdir.
Yığıncağın işində RİH aparatının məsul işçisi Nərgiz Məmmədova iştirak etmişdir.

Keçidlər