Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda 20 Yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqədar silsilə tədbirlər keçirilməsi davam edir

17 yanvar 2020 | 16:00

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı müvafiq Sərəncamına əsasən 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş silsilə anım tədbirləri keçirilir.

Bu gün Aşıq Əkbər Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirakçılar əvvəlcə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra tədbir iştirakçılarına Tovuz rayon Mədəniyyət Mərkəzinin xalq teatrının hazırladığı “20 Yanvar - şərəf tariximiz və Ümumxalq hüzn günü” adlı kompozisiya nümayiş etdirilib.Təqdim olunan ədəbi-bədii kompazisiyanın leytmotivini o təşkil etmişdir ki, 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir. Vurğulanmışdır ki, həmin faciə nə qədər dəhşətli olsa da Azərbaycan xalqının iradəsini, milli azadlıq əzmini qıra bilmədi.

Tədbir boyu səslənmişdir ki, xalqımıza qarşı törədilən bu qətliama ilk dəfə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev siyasi qiymət vermişdir. İllər keçib qərinələr dolansa da xalqımızın tarixinin bu şərəf və qəhrəmanlıq səhifəsi heç vaxt unudulmayacaq, şəhidlərin əziz xatirəsi daim ehtiramla uca tutulacaqdır. Xalqımız öz müstəqil dövlətinə daim qoruyacaq, onun müstəqilliyinin əbədiliyi üçün hər çür fədakarlıq göstərəcəkdir.

 

Keçidlər