Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon İH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində hesabat yığıncaqları davam edir

16 yanvar 2020 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısının  Bozalqanlı və Əlibəyli kənd  İƏD üzrə nümayəndəliklərində hesabat yığıncaqları keçirilmişdir. Hesabat yığıncaqları qarşılıqlı fikir mübadiləsi, açıq dialoq və diskusiyalar şəraitində keçmişdir.

Bozalqanlı kəndində yerli sakinlər 2019-cu ildə nümayəndəliyin fəaliyyəti və qarşıda duran vəzifələr barədə nümayəndə Azər Hacıyevin məruzəsini dinlədikdən sonra onları maraqlandıran bir sıra məsələlərlə bağlı təkliflər səsləndirmiş və geniş fikir mübadiləsi aparmışlar. Vətəndaşlar cənab Prezidentin ölkədə apardığı sosial yönümlü siyasətdən məmnun olduqlarını bildirərək kəndin sosial-iqtisadi həyatı ilə bağlı təkliflərlə çıxış etmişlər. Kənd sakinləri Nəsimi Məmmədov, Nüsrət Quliyev, Zakir Hüseynov, Nəriman Cəfərov, Vəkil Alıyev və başqaları söz alaraq kənddaxili marşurut xətti üzərində olan yolların asfaltlanması və dayanacaqların quraşdırılması, uşaq bağçasının açılması, tibb məntəqəsi üçün yeni binanın inşası, subartezian quyusunun qazılması, su arxlarının betonlaşdırılması kimi təkliflər irəli sürmüşlər.

RİH başçısının Əlibəyli kənd İƏD üzrə nümayəndəliyində də hesabat yığıncağı aktiv şəraitdə keçmişdir. Nümayəndə Mahmudəli Abdıyev hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son dövrdə həyata keçirdiyi islahatlar, xüsusilə əhalinin sosial müdafiəsi sahəsində görülən məqsədyönül tədbirləri yığıncaq iştirakçılarının diqqətinə çatdırmış və bundan kənd əhalisinin böyük əksəriyyətinin faydalandığını qeyd etmişdir. Sonra “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin 5-ci bəndinə uyğun olaraq nümayəndəliyin vəzifə və səlahiyyətlərinin il ərzində icrası vəziyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Əlibəyli kəndində sakinlər təmas xəttində yaşamalarına baxmayaraq hərtərəfli sosial qayğı ilə əhatə olunmuşlar. Ərazidəki bütün struktur bölmələr lazımi səviyyədə əhaliyə xidmət göstərir.  Son illərdə kəndin yolları abadlaşdırılmış, suvarma suyu təminatı xeyli yaxşılaşdırılmış, içməli su layihəsi həyata keçirilmiş, ərazi normal qaydada elektrik və təbii qazla təmin olunur. Kəndlilər şəxsi təsərrüfatlarını və icarə torpaqlarını əkib becərirlər. Kənd təsərrüfatı ilə məşğul olan insanlara lazımi dövlət qayğısı göstərilir. Eyni zamanda növbəti illərdə bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Hesabat yığıncağında çıxış edən sakinlər qaz xəttlərində təmir-bərpa işlərinin aparılması, rabitə və elektrik təsərrüfatının yenilənməsi, kəndarası yollarda təmir işlərinin aparılması, kəndin “Qışlaq” adlanan ərazisində içməli su təminatının yaxşılaşdırılması, subartezian quyusunun təmir olunması və sair məsələlər qaldırmışlar.

Sakinlər tərəfindən irəli sürülən təklif və tənqidi qeydlər ümumiləşdirilmiş və aidiyyatı icra orqanlarına göndərilməsi üçün qeydiyyata alınmışdır.

Keçidlər