Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tovuzda sosial layihələr həyata keçirilir

16 yanvar 2020 | 16:00

Ölkəmizin ictimai-siyasi və sosial-mədəni həyatında, böyük uğurlar əldə olunmasında, sosial yönümlü siyasətin həyata keçirilməsində, əhalinin rifah halının yüksəlməsində, vətəndaş məmnunluğunun təmin edilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva misilsiz xidmətlər göstərirlər. Regionların inkişafına da daim diqqət göstərən və əhalinin problemlərini həll edən, sosial həssas əhali qrupuna həmişə qayğı göstərən Heydər Əliyev Fondunun fəaliyyəti xalq tərəfindən dəstəklənərək böyük razılıqla qarşılanır. Tovuz rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə onlarla böyük sosial layihələr həyata keçirilərək xalqın istifadəsinə verilmişdir. Bu qəbildən olan həmin layihələrin uğurla icrası bu gün də davam etdirilir.

Heydər Əliyev Fondunun  təşəbbüsü ilə Tovuz rayonunun Aşağı Quşçu kəndinin 2,3 kilometr uzunluğunda olan mərkəzi küçəsinə yeni asfalt-beton örtük salınmışdır. Yüksək kefiyyətlə abadlaşdırılan həmin küçədən indi kəndin 1176 şagird yerlik əsas məktəbinin müəllim və şagirdləri, xəstəxana, mədəniyyət, bələdiyyə və digər xidmət obyektlərinin kollektivləri, bütövlükdə əhali rahatlıqla istifadə edir. Eyni zamanda ora nəqliyyatın və əhalinin hərəkətinin intensiv olduğu abad bir küçədir.

  Rayonun Dondar Quşçu kəndindəki 624 şagird yerlik tam orta məktəbin binası 40 il bundan əvvəl tikilmişdir. Uzun müddət istifadə edildiyindən həmin məktəb binasının əsaslı təmirə ciddi ehtiyacı vardı.

Heydər Əliyev Fondunun dəstəyi ilə həmin məktəb binasının indi müasir tikinti norma və qaydalarına uyğun olaraq yenidən qurulması həyata keçirilir. Orada tikinti-quraşdırma işləri kefiyyətlə aparılır və yaxın vaxtlarda yüksək standartlar əsasında yenidən qurulan məktəb binası istifadəyə tam hazır olacaqdır.

Sakinlər onların rifahının yaxşılaşdırılmasına xidmət edən belə abadlıq işlərinin həyata keçirilməsinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək bütün bunları xalqın həyat səviyyəsinin yüksəldilməsinə xidmət edən əməli tədbirlər kimi qəbul edirlər.

 

Keçidlər