Şriftin ölçüsü :

Saytın rəngi :

Düz Qırıqlı kəndində səyyar qəbul-görüş keçirilmişdir

15 yanvar 2020 | 16:00

Tovuz rayon  İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun  yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər əhalini narahat edən məsələlərin operativ həlli üçün əhəmiyyətli olduğundan sakinlər tərəfindən razılıqla qarşılanır. Növbəti belə səyyar qəbul-görüş  Düz Qırıqlı kənd sakinləri ilə keçirilmişdir.

Səyyar qəbul-görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən, yanvar ayının 13-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə aparılan müzakirələrdən, qarşıya qoyulan  hədəflərdən danışmışdır.

Rayonda aparılan tikinti quruculuq və abadlıq işləri, kənd təsərrüfatının inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verən rayon rəhbəri Düz Qırıqlı kəndinin sosial-iqtisadi inkişafı haqqında fikirlərini bölüşmüş, vətəndaşlardan onları maraqlandıran məsələlər barədə sərbəst və açıq şəkildə müraciət etməyi xahiş etmişdir.

Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri müxtəlif xarakterli təklif və tənqidi qeydlərlə çıxış etmişlər. Onlar pay torpağına qanunsuz müdaxilə, özünü məşğulluq proqramından yararlanma, sosial yardım, xəstəliyə görə pensiya, maddi yardım, işlə təminat, məktəb tikilməsi, işməli su, yol, bankomat quraşdırılması, həyətyanı torpaq sahəsi ilə təminat,  elektrik enerjisi, təbii qaz və başqa məzmunlu mürəciətlər etmişlər.

Səyyar qəbul-görüşdə səslənən fikirlərlə bağlı ətraflı müzakirələr aparılmış, müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmişdir. Bir sıra tapşırıqların icrası nəzarətə götürülmüşdür.

Keçidlər